Azərbaycanın Moldovadakı səfirliyində səsvermə prosesi davam edir


Digərləri 11 Apr 2018 12:45:48 171 0

Azərbaycanın Moldovadakı səfirliyində səsvermə prosesi davam edir

Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları da Kişinyovda yaradılan məntəqədə səs verəcəklər

Prezident seçkiləri ilə əlaqədar AzərbaycanınMoldovadakı səfirliyində yaradılan seçkiməntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, səfirliyin konsulluq qeydiyyatında olan və səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının sayı 174-dür.

Səsvermə prosesi AzərbaycanınSeçki Məcəlləsinə uyğun aparılır. İndiyə qədər22 seçici səsverib.

Səfirlikdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün seçicilər və müşahidəçilər üçün lazımı şərait yaradılıb. Səsvermədə Moldovada fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan Azərbaycan vətəndaşları iştirak edirlər. Azərbaycanın Rumıniyadakı səfirliyinin diplomatları da bu seçki məntəqəsində səs verəcəklər.

Hazırda davam edən səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatacaq.