Bakıda baş həkim vəfat etdi


Digərləri 11 Apr 2018 12:34:00 210 0

Bakıda baş həkim vəfat etdi

Bakıda poliklinikalardan birinin baş həkimi vəfat edib.

Son.az report-a istinadən xəbər verir ki, 6 saylı şəhər poliklinikasının baş həkimi Bəxtiyar Həsənov 73 yaşında dünyasını dəyişib.

Poliklinikadan "Report"a verilən məlumata görə, B.Həsənov bu ayın əvvəlində müayinə olunub və onda onkoloji xəstəlik aşkarlanıb. Müayinədən bir həftə sonra baş həkim vəfat edib.