Təbrizdəki Baş Konsulluqda səsvermə davam edir FOTO


Siyasət 11 Apr 2018 12:01:02 218 0

Təbrizdəki Baş Konsulluqda səsvermə davam edir  FOTO

Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin İranın Təbriz şəhərindəki Baş Konsulluğunda yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Səsvermə hüququna malik vətəndaşlarımızın Prezident seçkilərində iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün lazımi şərait yaradılıb.

Səsvermədə Təbrizdə fəaliyyət göstərən Azərbaycan diplomatları, onların ailə üzvləri, bu ölkədə müvəqqəti yaşayan və ezamiyyətdə olan vətəndaşlarımız iştirak edirlər.


Xəbərə aid fotolar