MDB müşahidə missiyasının üzvü: "Seçkilər yüksək səviyyədə təşkil olunub"


Siyasət 11 Apr 2018 12:05:00 295 0

MDB müşahidə missiyasının üzvü: "Seçkilər yüksək səviyyədə təşkil olunub"

Seçkilər yüksək səviyyədə təşkil olunub. Səsvermə prosesi beynəlxalq normalara uyğun davam edir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri səsvermənin gedişini izləyən MDB müşahidə missiyasının üzvü Valeh Abbasov (Başqırdıstan) bildirib.

"Səhər saatlarından səsvermənin gedişini izləyirik. Məntəqələrə baş çəkirik, seçki prosesini müşahidə edirik. Günün sonuna qədər prosesi izləyəcəyik. Sonda müşahidələrimizin yekunu ilə bağlı məlumatı açıqlayacağıq. İndiyə qədər apardığımız müşahidələr təşkilatçılığın yüksək səviyyədə olduğunu deməyə əsas verir".