Qvardiola hakimdən narazı qalıb


İdman 11 Apr 2018 12:00:00 269 0

Qvardiola hakimdən narazı qalıb

Manchester City Çempionlar Liqasının 4/1 finalının cavab oyununda da Liverpool-a (1:2) məğlub olaraq, turnirlə vidalaşıb.

Goal.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola oyunsonrası açıqlamasında baş hakim Mateu Laosun qərarlarının cütün taleyinə təsir etdiyini vurğulayıb.

“Hakimə epizodun qol olduğunu, topun Leroy Saneyə Milnerdən getdiyini dedim, qarşılığında məni texniki zonadan uzaqlaşdırdı. Fasiləyə 2:0 öndə yollanmaq tamamilə fərqli olardı. Hakimi təhqir etməmişdim, sadəcə, dedim ki, Mateu, epizod qoldur. Laosu İspaniyadan tanıyıram, odu ki, olacaqları təxmin edirdim. Ona qarşı nəzakətli davranmışdım, etirazımda haqlı idim”.