Azərbaycanın Rusiyadakı səfiri: "Prezident seçkiləri hər bir ölkə üçün vacib hadisədir"


Digərləri 11 Apr 2018 11:45:37 187 0

Azərbaycanın Rusiyadakı səfiri: "Prezident seçkiləri hər bir ölkə üçün vacib hadisədir"

Polad Bülbüloğlu Azərbaycanın Moskvadakı səfirliyində səs verib

Azərbaycanda Prezident seçkiləri ilə bağlı Rusiyada səsvermə keçirilir.

"Report"un Rusiya bürosunun veridiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində səfir Polad Bülbüloğlu və ailəsi səs verib.

Jurnalistlər qarşısında çıxış edən Polad Bülbüloğlu Prezident seçkilərinin hər bir ölkə üçün vacib hadisə olduğunu bildirib.

"Seçkilərə müəyyən hazırlıq işləri həyata keçirmişik. Seçici siyahılarında, təqribən,1500 nəfərin adı var. Rusiyadakı 3 seçki məntəqəsində - Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda seçki məntəqələri səhər saat 8-dən işləyir. Oradan aldığımız məlumatlara görə, seçici fəallığı müşahidə olunur", - səfir deyib.

O həmçinin ilk dəfə səs verən Azərbaycan vətəndaşlarının səfirlikdən xüsusi xatirə sertifikatları alacağını bildirib: "Bunlar, əsasən, Rusiya universitetlərində təhsil alan tələbələrdir."