Roma-nın prezidenti: "Qarabağ və Barcelona ilə oyundakı qol sevinci eyni idi"


İdman 11 Apr 2018 11:22:00 318 0

Roma-nın prezidenti: "Qarabağ və Barcelona ilə oyundakı qol sevinci eyni idi"

"Bu, ən gözəl qələbə, fantastik gecədir".

Bunu İtaliyanın Roma klubunun prezidenti Ceyms Pallotta Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya Barcelona-sını 3:0 hesabı ilə yendikləri cavab görüşündən sonra deyib. Əslən ABŞ-dan olan funksioner oyuna tam dominantlıq etdiklərini bildirib: "İnanılmazı gerçəkləşdirdik. İlk oyunda bəxtimiz gətirməmişdi. Bu dəfə isə 1:4 hesablı məğlubiyyətin əvəzini çıxdıq. Qrup mərhələsinin son oyununda Perotti Qarabağ-a qol vurarkan də yaxşı hisslər keçirirdik. Lakin bugünkü sevincimizin həddi-hüdudu yoxdur. Roma-nın bugünkü nailiyyəti unudulmazdır".

Pallotta Barcelona-nı darmadağın etməkdə baş məşqçi Eusebio Di Françeskonun əvəzləmələrinin xüsusi rol oynadığını vurğulayıb. O, İspaniya nəhəngini məğlub etdikdən sonra istənilən rəqiblə mübarizəyə hazır olduqlarını bildirib: "Artıq 4 ən güclü komanda sırasındayıq. Komandamızın belə oyununu heç vaxt görməmişəm. Biz əla oynamağa qadir olduğumuzu nümayiş etdirdik. Bu, 5 illik klub prezidentliyim dövründə ən yaxşı oyunumuzdur".

Qeyd edək ki, Roma qrup mərhələsində Qarabağ-ı Bakıda 2:1, İtaliya paytaxtında isə 1:0 hesabı ilə yenib. "Canavarlar" qrup lideri kimi yüksəldikləri 1/8 finalda isə Ukrayna "Şaxtyor"unu səfər qolu sayəsində üstələyiblər - 1:2, 1:0. Eyni hal Barcelona ilə 1/4 final görüşlərində də təkrarlanıb - 1:4, 3:0. //report