Alleqridən Real-la oyun öncəsi iddialı açıqlama


İdman 11 Apr 2018 11:44:00 392 0

Alleqridən Real-la oyun öncəsi iddialı açıqlama

İtaliyanın Juventus klubunun baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ¼ final matçı çərçivəsində Real ilə keçiriləcək cavab qarşılaşması haqqında fikirlərini bölüşüb.

Goal.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Aleqri keçmişi unutmaqdan yanadır:

"Bizim vəzifəmiz kədərli ev oyununu yaddaşdan silmək və müsbət nəticə əldə etməkdir. Biz oyunun necə alınacağını bilmirik. Ola bilsin ki, "Santyaqo Bernabeu"da oyun başlayandan üç dəqiqə sonra qol vuracağıq. Bizim vəzifəmiz kədərli ev oyununu yaddaşdan silmək və müsbət nəticə əldə etməkdir. Bütün dünya oyuna baxacaq və biz heç bir təəssüf hissi keçirmədən çıxış edəcəyik. Bizə maksimum məhsuldarlıq və fürsətlərdən istifadə etmək lazımdır".

Xatırladaq ki, komandalar arasında Turin şəhərində keçirilən ilk matç İspaniya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.