Rouland Skot: "Bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb"


Siyasət 11 Apr 2018 11:33:00 290 0

Rouland Skot: "Bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb"

Bu saatadək beş seçki məntəqəsində olmuşuq. Hər məntəqədə də 20 dəqiqə monitorinq aparmışıq. Getdiyimiz məntəqələrdə hələ ki, heç bir qanun pozuntusu müşahidə etməmişik.

Son.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a əslən ATƏT-in ABŞ-dan olan müşahidəçisi Rouland Skot deyib.

Günün sonunadək səsvermənin gedişini izləmək üçün daha bir neçə məntəqədə olacaqlarını vurğulayan R.Skot bildirib: "Biz həm veb-kameralı məntəqələrə, həm də veb-kamera olmayan məntəqələrə gedirik. Məntəqələrdə səsvermənin gedişini izləyir, eyni zamanda, yerli müşahidəçilərlə də maraqlanırıq. Ümid edirəm ki, bu seçkilərdə də heç bir qanun pozuntusu qeydə alınmayacaq".

Son.az