Binəqədidə seçicilər iradələrini sərbəst ifadə edirlər


Siyasət 11 Apr 2018 11:40:00 294 0

Binəqədidə seçicilər iradələrini sərbəst ifadə edirlər

Aprelin 11-də Binəqədi rayonunda seçicilər Azərbaycan Respublikasının Prezidenti seçkilərində xüsusi fəallıq göstərirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsi 35 daimi, bir müvəqqəti məntəqəni əhatə edir.

Məntəqələrin 10-da veb-kameralar quraşdırılıb. Seçicilərin ümumi sayı 49 min 229 nəfərdir.

Seçicilərin istədikləri namizədə azad və demokratik şəraitdə səs vermələri üçün məntəqələrdə bütün lazımi şərait yaradılıb.

Dairə Seçki Komissiyasının sədri İsgəndər Əliyev bildirib ki, səhər saat 8.00-da qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılıb və fəaliyyətə başlayıb. Hələlik dairə seçki komissiyasına heç bir qanun pozuntusu barədə məlumat, şikayət daxil olmayıb.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin 27 saylı seçki məntəqəsinin sədri Şaiqə Hüseynovanın verdiyi məlumata görə, seçkilər fəallıq şəraitində başlayıb. Səsvermənin başlanmasından keçən qısa vaxtda məntəqə üzrə siyahıda olan 1.451seçicinin artıq 12 faizindən çoxu istədiyi namizədə səs verib. Seçkinin bütün qaydalarına əməl edilir.