İstanbul: Baş konsulluqda seçicilərin öz iradələrini azad ifadə etmələri üçün bütün şərait yaradılıb


Siyasət 11 Apr 2018 11:09:00 271 0

İstanbul: Baş konsulluqda seçicilərin öz iradələrini azad ifadə etmələri üçün bütün şərait yaradılıb

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunda fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 53 saylı məntəqədə səsvermə keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məntəqə Mərkəzi Seçki Komissiyasının tələblərinə uyğun qurulub. Məntəqənin girişində seçicilərin siyahısı asılıb. Burada seçicilərin öz siyasi iradələrini azad və demokratik şəraitdə ifadə etmələri üçün bütün şərait yaradılıb.

Səsvermə Türkiyə vaxtı ilə saat 8.00-dən 19.00-dək davam edəcək.