Suraxanı rayonunda seçicilər səsvermədə yüksək fəallıq nümayiş etdirirlər


Siyasət 11 Apr 2018 10:55:00 308 0

Suraxanı rayonunda seçicilər səsvermədə yüksək fəallıq nümayiş etdirirlər

Aprelin 11-də Azərbaycan Respublikası prezidenti seçkiləri paytaxtın Suraxanı rayonunda seçici fəallığı ilə başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkəmizin qarşıdakı növbəti 7 il üçün taleyinin həll olunduğu seçkilərdə 30 saylı Suraxanı I, 31 saylı Suraxanı II və 32 saylı Suraxanı III seçki dairələri üzrə 89 məntəqədə ümumilikdə 152 min 148 seçici səs verməlidir.

31 saylı Suraxanı II seçki dairəsi dairə seçki komissiyasının sədri İlham Bayramov səsvermənin gedişi barədə məlumat verərək bildirib ki, 39220 seçicisi olan dairə üzrə vətəndaşların sərbəst şəkildə səs vermələri üçün bütün zəruri şərait yaradılıb. Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün 32 məntəqənin 10-da veb-kamera quraşdırılıb. Müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirlər. Dairənin 2, 18, 22, 4, 5, 9, 31 saylı məntəqələrində seçici fəallığı səhər saatlarından başlayıb.

32 saylı Suraxanı III və 30 saylı Suraxanı l seçki dairələrinin əhatə etdiyi seçki məntəqələrində də səsvermədə seçicilər yüksək fəallıq nümayiş etdirirlər.

Seçicilər məntəqəyə daxil olmamışdan sol əlin baş barmağının üstü xüsusi cihazla yoxlanılır. Əgər barmaqda mürəkkəb yoxdursa, seçicinin məntəqəyə daxil olmasına icazə verilir. Barmağı mürəkkəblə işarələnən vətəndaş seçki bülleteni alır. Məntəqələrdə beynəlxalq və yerli müşahidəçilər səsvermənin gedişini izləyirlər.