Mikayıl Cabbarov səs verib


Digərləri 11 Apr 2018 10:44:44 141 0

Mikayıl Cabbarov səs verib

Vergilər naziri: “Hesab edirəm ki, Azərbaycan üçün əlamətdar gündür”

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda keçirilən prezident seçkilərində səs verib.

“Report” xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

“Hesab edirəm ki, Azərbaycan üçün əlamətdar gündür. Hər bir vətəndaş konstitusion hüququndan istifadə edib səs verir, mən də öz səsimi verdim", - o bildirib.