Skripalın qızının saxlanıldığı yer məlum olub


Dünya 11 Apr 2018 10:40:00 249 0

Skripalın qızının saxlanıldığı yer məlum olub

Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Sergey Skripalın qızı Yuliya Skripal hazırda hərbi bazalardan birindəki hospitaldadır.

Son.az report-a istinadən xəbər verir ki, bunu "The Sun" qəzetinə adının açıqlanmasını istəməyən mənbə bildirib.

"Onun şəxsi təhlükəsizliyinin təmin edilməsi, eləcə də sağlamlığına nəzarət edilmısi üçün hazırda hərbi bazanın hospitalındadır. Yuliya Skripal sinir-iflic qazı ilə zəhərlənib və bunun nə ilə nəticələnəcəyi məlum deyil. Həmin zəhərin təsiri istənilən vaxt özünü göstərə bilər".

Bununla belə Y.Skripalın müalicə olunduğu hospitalın adı və ünvanı gizli saxlanılır.

Qeyd edək ki, aprelin 10-da Y.Skripalın Solsberi xəstəxanasından çıxarılaraq, təhlükəsiz yerə yerləşdirilməsi barədə məlumat yayılmışdı.