Trampa Suriyaya bir neçə hədəfə kütləvi zərbələr endirilməsi tövsiyə edilib KİV


Dünya 11 Apr 2018 10:45:00 248 0

Trampa Suriyaya bir neçə hədəfə kütləvi zərbələr endirilməsi tövsiyə edilib  KİV

ABŞ Prezidenti Donald Trampa Duma şəhərində kimyəvi silahdan mümkün istifadənin cavabında Suriyaya qarşı güc tətbiq edilməsi üzrə bir neçə variant təqdim edilib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" Ağ evdəki mənbələrə istinadən yazıb.

Bu variantlar bir gündən artıq müddətdə bir çox hədəflərə raket zərbələri endirilməsini nəzərdə tutur.

Ağ evdəki mənbənin məlumatına görə, D.Tramp müşavirləri ilə birlikdə dünən Suriyaya keçən il Homsdakı hərbi aerodroma endirilən zərbələrdən daha sərt zərbə vurmaq planlarını nəzərdən keçirib.