20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb


Siyasət 11 Apr 2018 10:38:58 263 0

20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb

Bakının 20 saylı Nərimanov II seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 20 saylı Nərimanov II seçki dairəsi ərazisində 33 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 319 seçici var. Zəruri avadanlıqla təchiz edilən məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Səsverməyə beş gün qalmış əlavə olaraq 2 müvəqqəti məntəqə (yəni 34 və 35 saylı) açılıb.

Beynəlxalq və yerli müşahidəçilər məntəqə seçki komissiyalarında seçki prosesinin gedişini izləyirlər. Çoxsaylı xarici və yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri seçkilərin işıqlandırılmasında iştirak edirlər.