"Ağ dəbilqəlilər"in təbliğat videoları çəkilən "studiyası" ələ keçirildi


Dünya 11 Apr 2018 10:26:00 283 0

"Ağ dəbilqəlilər"in təbliğat videoları çəkilən "studiyası" ələ keçirildi

Suriyada özlərini yardımsevər kimi təqdim edən "Ağ dəbilqəlilər" təşkilatının üzvlərinin Suriya hökümət qüvvələrini qana susamış qatil kimi göstərən videolar çəkdiyi məlum olub.

Son.az bildirir ki, bu barədə məlumatı Fars News yayıb. Məlumatda qeyd olunub ki, "Ağ dəbilqəlilər"in "studiyası" tapılıb ki, burada hökümət əleyhinə videolar çəkilib, kimyəvi silahdan zəhərlənənlər "səhnələşdirilib".

Təşkilat üzvlərinin təbliğat videolarını çəkdiyi məkan Şərqi Qutada, Saqba qəsəbəsində yerləşir.

Hökümət qüvvələri onların yaşadığı evlərdən yüksək keyfiyyətli kadrlar lentə ala biləcək kameralar da əldə edib.