"Facebookla Rusiya arasında "soyuq savaş başlayıb"


Digərləri 11 Apr 2018 10:27:29 282 0

"Facebookla Rusiya arasında "soyuq savaş başlayıb"

İnternetdə Facebook-la Rusiya arasında "soyuq savaş" yaşanır.

Dünyanın ən böyük və populyar sosial şəbəkəsi olan Facebook-un rəhbəri Mark Zukerberq ABŞ Senatındakı dinləmələrdə belə deyib.

Son.az Washington Post-a istinadən bildirir ki, 2 milyard istifadəçisi olan Facebook-un banisi və sahibinin Senatda ilk dəfə açıq dinləmələrdə çıxış etməsi, daha doğrusu, ifadə verməsi Britaniyadakı "Cambridge Analytica" şirkətinin 87 milyon nəfərin Facebook-dakı profil məlumatlarını oğurlayaraq satması ilə bağlıdır.

Zukerberq eyni vaxtda Senatın hüquq və ticarət komitələrəninin qarşısında çıxış edib. Facebook-un rəhbərinə suallar vermək istəyən senatorlar və konqresmenlərin sayı çox olduğundan zalda əlavə masalar qoyulmuşdu.

Dinləmələr 5 saat davam etsə də, zaldakı senatorlar və konqresmenlərin fikrincə, Facebook-da yaranmış problemlə bağlı ən azı iki həftəlik araşdırma olmalıdır. Bu müddət senatorlarla konqresmenlərin onları narahat edən sualları Zukeerberqə ünvanlamaları üçün gərəkdir.

ABŞ Konqresində istənilən açıq dinlənmələr adətən bütün istəklilər üçün əlçatandır. Zukerberqin ifadə verdiyi dinləməyə yüzlərlə insan qatılmaq istəmişdi.

Mark Zukerberq çıxışına "Cambridge Analytica" ilə bağlı qalmaqalla bağlı üzr istəməklə başlayıb və yaşananlara görə məsuliyyəti bütünlüklə öz boynuna götürüb.


Xəbərə aid video