Mədət Quliyev: "Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir"


Digərləri 11 Apr 2018 09:21:00 158 0

Mədət Quliyev: "Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir"

DTX rəisi: "Hazırda heç bir təhlükə yoxdur. Hamı rahat şəkildə səsvermədə iştirak edə bilir"

"Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur".

Bunu “Report”un sualını cavablandıran Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

Onun sözlərinə görə, yalnız ölkədən kənarda Azərbaycana qarşı siyasət aparanlar var: "Bunun da qarşısı ölkə rəhbərliyi tərəfindən alınır. Hazırda heç bir təhlükə yoxdur. Hamı rahat şəkildə səsvermədə iştirak edə bilir".

Qeyd edək ki, hazırda ölkədə Prezident seçkiləri keçirilir.