Nazir Hüseyn Bağırov prezident seçkiləri ilə əlaqədar səsvermədə iştirak edib


Digərləri 11 Apr 2018 09:24:43 177 0

Nazir Hüseyn Bağırov prezident seçkiləri ilə əlaqədar səsvermədə iştirak edib

O, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident seçkiləri ilə əlaqədar səsvermədə iştirak edib.

"Report" xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Xatırladaq ki, məntəqə 1 saylı tam orta məktəbin binasında yerləşir. Məntəqənin seçici siyahısında 975 nəfərin adı var.