Asiya İnkişaf Bankı region üzrə iqtisadi inkişaf proqnozlarını açıqlayıb


İqtisadiyyat 11 Apr 2018 09:25:00 280 0

Asiya İnkişaf Bankı region üzrə iqtisadi inkişaf proqnozlarını açıqlayıb

Qurum bu il Asiya qitəsində 6%, gələn il isə 5,9% iqtisadi artım proqnozlaşdırır

Bu il Asiya qitəsində6%, gələn il isə5,9% iqtisadi artımproqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asian Development Outlook 2018" hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, Asiyada yüksək gəlirli, yenilənmiş və sənayeləşdirilmiş iqtisadiyyatlar nəzərə alınmazsa,inkişaf tempi 2018-ci ildə 6,5%, 2019-cu ildə isə 6,4% olacaq.

"Ötən il Asiya regionunda iqtisadi artım6,1%,yüksək gəlirli, yenilənmiş və sənayeləşdirilmiş iqtisadiyyatlar nəzərə alınmazsa 6,6% olub", - deyə hesabatda qeyd olunub.

ADB həmçinin bəyan edib ki, regiona daxil olan 45 fərdi iqtisadiyyatdan 14-ü bu il qitənininkişafını sürətləndirəcək. Cənubi Asiyada Hindistan 7%-lik iqtisadi inkişaf göstərici ilə lider olacaq.Mərkəzi Asiyada və Sakit Okean hövzəsində yerləşən ölkələrdə isə iqtisadi geriləmə baş verəcək.

Beynəlxalq maliyyə qurumu region üçün proqnozlaşdırılan inflyasiya göstəricisini də açıqlayıb: "Neftin bahalaşmasınımn başa çatması vəgüclü istehlak tələbinin davam etməsi region ölkələrindəinflyasiyanın səviyyəsiniən yüksək həddə qaldırıb.İstehlak qiymətləri indeksinin bu il və gələn il 2,9% olacağı proqnozlaşdırılır ki, bu da ötən ilənisbətən 0,6 faiz bəndi çoxdur".