MDB PA müşahidə missiyasının rəhbəri: "Azərbaycan demokratik seçkilərin nümunəsi və standartını özündə əks etdirir"


Digərləri 11 Apr 2018 08:40:39 193 0

MDB PA müşahidə missiyasının rəhbəri: "Azərbaycan demokratik seçkilərin nümunəsi və standartını özündə əks etdirir"

İlyas Umaxanov: "Azərbaycan seçkilərin təşkilində, şəffaflığın təmin olunmasında, ifadə azadlığının açıqlığında böyük uğurlar qazanıb"

"Azərbaycan seçkilərin inzibati təşkilində, şəffaflığın təmin olunmasında, vətəndaşların ifadə azadlığının açıqlığında böyük uğurlar qazanıb".

"Report" xəbər verir ki, bunu MDB Parlamentlərarası Assambleyasının Azərbaycanda keçirilən Prezident seçkiləri üzrə müşahidəçilər qrupunun koordinatoru, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov deyib.

"Azərbaycanda qanunvericilik müntəzəm olaraq təkmilləşdirilir. Bu, əsas qanuna - Azərbaycan Konstitusiyasına aiddir. Eyni zamanda, respublikada seçki hüququnu təkmilləşdirən bir sıra qanunvericilik aktları qəbul edilib", - o bildirib.

O vurğulayıb ki, seçki məntəqələrində təmsil olunan müxalifət partiyaları nöqteyi-nəzərdən Azərbaycan özündə demokratik seçkilərin nümunəsi və standartını təmsil edir.

İ.Umaxanov qeyd edib ki, bugünkü seçkilərin ilkin müşahidəsi səsvermənin çox yüksək təşkilati səviyyədə keçiriləcəyini göstərir.

Onun sözlərinə görə, MDB PA-nın müşahidə missiyasının fəaliyyəti xeyli sayda seçki məntəqəsini əhatə edəcək və bu, onlara seçkilərin gedişi ilə bağlı obyektiv rəy formalaşdırmağa imkan verəcək.

"MDB ölkələrindən olan kifayət qədər böyük və nüfuzlu beynəlxalq müşahidəçilər qrupumuz var. Onlar əsasən müxtəlif ölkələrdə keçirilən seçkilərin monitorinqində iştirak edən parlamentarilərdir", - İ.Umaxanov bildirib.

Onun sözlərinə görə, MDB PA seçki prosesinin müşahidəsi üzrə kifayət qədər təcrübəyə malikdir və şəxsən o, 1998-ci ildən Azərbaycanda keçirilən seçkilərin monitorinqində iştirak edir.