Azərbaycanda iki ayda 8065 toy olub


Digərləri 11 Apr 2018 08:30:00 225 0

Azərbaycanda iki ayda 8065 toy olub

Cari ilin ilk iki ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8065 nikah və 2383 boşanma halları qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub.

2018-ci ilin yanvar-fevral aylarında ölkədə 10500 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalıb.