MDB PA-nın missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etməyə başlayıb


Digərləri 11 Apr 2018 08:13:59 176 0

MDB PA-nın missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etməyə başlayıb

Missiyanın tərkibinə 6 MDB ölkəsindən deputatlar və ali qanunverici orqanların nümayəndələri daxildir

MDB Parlamentlərarası Assambleyasının (PA) missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etməyə başlayıb.

"Report" xəbər verir ki, müşahidəçilər qrupunun əlaqələndiricisi, RusiyanınFederasiya Şurasının sədrinin müavini İlyas Umaxanov əvvəlcə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 29 saylı Səbail seçki dairəsinin2 saylı seçki məntəqəsinə baş çəkib.

Məntəqə açıldıqdan sonra İ.Umaxanov orada yaradılan şəraitlətanış olub, məntəqə rəhbəri ilə söhbət edib, onasuallar verərəkqeydlər aparıb.

İ.Umaxanov bundan sonra Bakıdayerləşən bir sıra digər seçki məntəqələrinə getməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, missiyanın tərkibinə 6 MDB ölkəsindən - Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan ümumilikdə 11 deputat və ali qanunverici orqanların nümayəndəsi daxildir.