ABŞ Dövlət Departamentində daha bir rəsmi nümayəndə işə başlayıb


Dünya 11 Apr 2018 08:15:00 220 0

ABŞ Dövlət Departamentində daha bir rəsmi nümayəndə işə başlayıb

Amerikalı kadr diplomatı Elizabet Fitssimmons ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini vəzifəsinin müvəqqəti icrasına başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlər üçün müntəzəm keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert deyib.

H.Nauert bildirib: "Mətbuat xidmətinin rəhbərinin müavini vəzifəsini müvvəqəti icra edən şəxsin olduğunu sizə elan etməyə şadam və bu mənim həmkarım Elizabet Fitssimmonsdur".