Keniyada avtobus çaya aşıb:


Dünya 11 Apr 2018 08:07:00 306 0

Keniyada avtobus çaya aşıb:

Keniyada sərnişin avtobusu çaya aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, avtobusun çaya aşması nəticəsində azı 17 nəfər həlak olub, 46 nəfər isə xəsarət alıb.

Narok dairəsinin nümayəndəsi Georq Natambeya bildirib ki, avtobus Hima Bey dairəsində Nayrobi şəhərinə tərəf irəliləyirdi. Avtobus çaya avtomobil yolunun Narok-Maai Mahiu hissəsində aşıb.