ABŞda təyyarə qəzaya uğrayıb:


Dünya 11 Apr 2018 07:57:00 305 0

ABŞda təyyarə qəzaya uğrayıb:

ABŞ-ın Arizona ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Trend-in "ABC News"a istinadən verdiyi məlumata görə, yüngülmotorlu təyyarə Skotsdeyl şəhərinin hava limanından qalxdıqdan bir qədər sonra qolf meydanına düşüb və alışıb.

Məlumata əsasən, qəza nəticəsində təyyarədə olan 6 nəfər həlak olub.