Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar bir sıra ölkədə səsverməyə start verilib


Siyasət 11 Apr 2018 07:36:00 251 0

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar bir sıra ölkədə səsverməyə start verilib

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar Çindəki səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq Pekindəki səfirlikdə yaradılan məntəqə seçki komissiyasında başlayıb.

Bundan əlavə, yerli vaxtla səhər 08:00-da Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanın bu ölkədəki səfirliyində yaradılmış seçki məntəqəsində Azərbaycan pezidentinin seçkilərinə start verilib.

Xatırladaq ki, xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların seçki hüququnun təmin olunması üçün xaricdə 41 seçki məntəqəsi yaradılıb.