Günün qoroskopu: maliyyə məsələləri ilə bağlı təkliflərə tələsik cavab verməyin


Digərləri 11 Apr 2018 00:02:00 300 0

Günün qoroskopu: maliyyə məsələləri ilə bağlı təkliflərə tələsik cavab verməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Laübəli, qarışıq gün olduğundan işlərdə tələskənliyə yol verməyin. Düşünülməmiş qərarlar çox pis nəticə verə bilər. Maraqlandığınız işlə məşğul olmaq üçün imkanlar yaranıb. İşdə və təhsildə sizi xoş anlar gözləyir.

Günün ikinci yarısında maddi məsələlər ailə həyatında həyəcanlar yarada bilər. Yaxınlarınız nələrinsə alınmasını istəyirlər. Onların istəklərinin yerinə yetirilməsi ailə büdcəsinə zərbə vuracaq.

Axşam saatlarında normal istirahət edin.

Buğa - Gözləntilərinizdə yanıla bilərsiniz. Mövqelərinizə diqqət yetirin. İrəliləyişlər səylər və cəhdlərsiz mümkün deyil. Maliyyə problemləri, nəzərdə tutulmamış xərclər olacaq.

Birgə fəaliyyət üçün tələb olunan işləri görün.

Günün ikinci yarısında tərəfdaşlıq və əməkdaşlıq məsələləri ön plana çıxacaq. Gəlir vəd edən layihəni reallaşdırın. Önəmli durumla bağlı situasiyada dəyişikliklər olacaq. Sınaqlardan, eksperimentlərdən qorxmayın.

İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.

Xərcləri minimuma endirin.

Əkizlər - Uğurlu gündür. Yaxın ətrafınıza sərt təzyiq etməsəniz, qarşınıza qoyduğunuz məqsədə çata biləcəksiniz. Yaşam proseslərinin mahiyyətini anlasanız, sədlərlə maneələri asanlıqla dəf edəcəksiniz. Yaxşı tanıdığınızı düşündüyünüz insanın indiyədək mübhəm qalmış yönlərini aşkarlaya bilərsiniz.

Günün ikinci yarısında təcrübənizi artırın.

Gərəkli informasiyanı əldə etməyə imkan verəcək qərarları təxirə salmayın. Məsləhətlər alın, məlumatları saf-çürük edin. Romantik münasibətlər əlavə impulslar alacaq. Axşam saatlarına yaxın etiraflar, açıq söhbət, perspektiv planların müzakirəsi üçün əlverişli imkanlar yaranacaq. Cari hadisələrin zahiri sadəliyi sizi aldatmasın. Ciddi yeniliklər olacaq.

Xərçəng - Problemlərin çözülməsində qeyri-standart metodlar daha effektivdir. Bütün qayda və təlimatlara riayət etmək, sadəcə, mümkün deyil. Uzun müddətdən bəri sizə opponent olmuş insanla dil tapa bilərsiniz.

Günün ikinci yarısı məhsuldardır. Çoxdan bəri həllini gözləyən məsələni çözün.

Macəralar və avantüralara qatılmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Subaysınızsa, bəxtinizi bir daha sınaya bilərsiniz.

Şir - Günün ilk yarısında aktiv olun. Yersiz və səbəbsiz etiraflar gözlənilməz nəticələr verə bilər. Parlaq, maraqlı olaylar əslində fərqli məzmunda olacaq. Situasiyanı diqqətlə izləyin.

Emosional əlaqələrinizin olduğu insanlarla bağlı gözləntiləriniz doğrulmaya bilər.

Günün ikinci yarısında zərurət olmadan təşəbbüskarlıq etməyin. Yeni işlərə başlamayın, vurnuxmalara qapılmayın. Tələskənliyə yol verməyin.

Daxilinizdə üsyan istəyi var. Qısa müddətdə effektiv nəticə verə biləcək işlə məşğul olmayın. Yaxın gələcəklə bağlı planlarınızı dürüst planlaşdırın.

Qız - Mövqelərinizi qoruyun. Fəaliyyətinizi ətrafınızdakı insanlardan bir qədər təcrid edin. Emosional baxımdan mürəkkəb gündür. Romantika olmayacaq. Hədiyyə gözləməyin. Tənhalığa qapılmayın, müstəqil olun.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizi riskli işlərə cəlb etməyə çalışacaqlar. Başqalarının planlarında fiqura çevrilməyin.

Bildiyiniz sirlər barədə danışmayın. Səhhətinizə fikir verin. Profilaktiki tədbirləri unutmayın. Sizə qayğı ilə yanaşacaq insanlar var.

Alış-verişə yollanmaq olar.