Valideynlərin mübahisəsi uşaqların sağlamlığına necə təsir göstərir?


Digərləri 10 Apr 2018 23:35:00 251 0

Valideynlərin mübahisəsi uşaqların sağlamlığına necə təsir göstərir?

Valideynlərin hərdən bir-birilə mübahisə etməsində dəhşətli bir şey yoxdur. Lakin bu uşaqlara müxtəlif cür təsir edir. Mübahisələrin uşaqların sağlamlığına vurduğu zərəri azaltmaq üçün valideynlər və qəyyumlar necə davranmalıdırlar?

Evdə baş verənlər həqiqətən uşağın inkişafına və onun psixi sağlamlığına uzun müddətli təsir göstərir. Və burada vacib olan yalnız uşaqla valideyn arasındakı qarşılıqlı münasibət deyil. Valideynlərin bir-birilə necə ünsiyyət qurması həmçinin uşağın həyatında əhəmiyyətli rol oynayır və onun həyatının bütün sahələrinə - psixi sağılamlığından tutmuş dərslərindəki uğurlara və gələcəkdə münasibətlərin qurulmasına da təsir göstərə bilər. Evdəki münaqişələr uşağa təsir göstərməyə də bilər. Lakin əgər vadileynlər tez-tez qışqırırlarsa, bir-birinə əsəbləşirlərsə, bir-birindən uzaqlaşırlarsa və danışmırlarsa o zaman uşağın problemləri yarana bilər.

Böyük Britaniyada və digər ökələrdə uzun illər ərzində ailədə və inkişaf dövründə uşaqların davranışlarının uzunmüddətli müşahidələrinə əsaslanan tədqiqatlar onu göstərir ki, artıq 6 aylıq körpədə evdəki münaqişəli vəziyyət nəticəsində ürək döyüntüsü arta və kortizol stress hormonu inkişaf edə bilər.

Ailədəki münaqişələr uşaqların təhsilinə də təsir göstərir

Müxtəlif yaşlı uşaqlarda dərin və xroniki ailə münaqişəsinin nəticəsi olaraq beynin inkişafı pozuntularının, yuxu pozğunluğu, narahatlıq, depressiya, davranış və digər ciddi problemlərin əlamətləri meydana çıxa bilər. Buna bənzər problemlər mütəmadi olaraq münaqişə mühitində yaşayan uşaqlarda müşahidə olunur. Öz aralarında razılığa gələn və mübahisəli məsələləri həll edən valideynlərin uşaqlarında isə bu hallara az rast gəlinir və ya ümumiyyətlə yoxdur.

Təbiət və ya tərbiyə?

Lakin ailə mübahisləri uşaqlara müxtəlif cür təsir göstərir. Məsələn, həmişə belə hesab edilib ki, valideynlərin boşanması və ya ayrı yaşamaq barədə qərarı uşaqların əksəriyyətinə xüsusi zərər vurur. Amma indi psixoloqlar hesab edirlər ki, bəzi hallarda uşaqlara valideynlərin dərhal ayrılması deyil, məhz boşanmaya qədər, boşanma vaxtı və boşanmadan sonrakı müddətdə onların arasındakı mübahisələr zərər vurur. Daha əvvəllər həmçinin hesab edilirdi ki, uşaqların münaqişəyə münasibətində irsiyyət əsas rol oynayır. Və bu doğrudur. Təbii amil uşağın psixi sağlamlığında başlıca məsələdir. İrsilik narahatlıq, depressiya və psixoz kimi cavab reaksiyalarının meydana çıxmasında əhəmiyyətli rol oynayır.

Valideynlər arasındakı pis münasibət təkçə uşaqlara öz təsirini göstərmir, həm də tədqiqatların göstərdiyi kimi mənfi təcrübə digər nəsillərə də ötürülə bilər

Lakin ev mühiti və tərbiyə həmçinin çox böyük əhəmiyyət daşıyır. Uşaq psixoloqları ailədəki mühitdən asılı olaraq anadangəlmə psixi pozğunluqlara meylli olan uşaqların vəziyyətinin daha da pisləşəcəyinə və ya əksinə, yaxşılacağı fikrinə daha çox inanırlar. Və burada valideynlər arasındakı münasibətlərin keyfiyyəti - onların bir yerdə və ya ayrı yaşamasından, uşaqlarla qan bağı olub-olmamasından asılı olmayaraq əsas rol oynayır.

Uşaqlara görə mübahisə

Bütün bunlar valideynlər üçün nə məna kəsb edir?

İlk növbədə valideynlərin və qəyyumların mübahisə etməsini və ya bir-birinə narazılığını bildirməsini tamamilə normal hal kimi başa düşmək çox əhəmiyyətlidir. Lakin əgər valideynlər tez-tez mübahisə edirlərsə, əgər bu kəskin formada baş verirsə və münaqişə öz həllini tez tapmırsa o zaman bu uşaqlara təsir göstərir. Ən əsası isə əgər bu mübahisələr uşaqların ucbatından baş verirsə. O zaman uşaqlar özlərini günahkar hesab edir və valideynərin mübahisəsində özlərini cavabdeh kimi hiss etməyə başlayırlar. Mənfi təsir özünü körpələrdə yuxu pozğunluğu və əqli inkişaf pozğunluğu formasında, kiçik yaşlı məktəblilərdə narahatlıq və davranış problemi formasında, böyük yaşlı məktəblilərdə və yeniyetmələrdə deprssiya, dərslərdə çətinlik və digər ciddi pozğunluqlar formasında biruzə verə bilər.

Uşaqlar valideynlərinin mübahisələrinə görə, digər uşaqlarla ünsiyyət qurmaqda tez-tez çətinlik çəkirlər

Çoxdan məlumdur ki, uşaqlara ən böyük zərəri ailədaxili zorakılıq vurur. Lakin indi alimlər belə qənaətə gəiblər ki, uşaqlara zərər dəyməsi üçün valideynlərin hətta bir-birinin ünvanına aqressiya və hirs nümayiş etdirməsi zəruri deyil. Uşaqların mənəvi, davranış və sosial inkişafı valideynlər özlərinə qapanan zaman və bir-birinə daha az isti münasibət göstərən zaman da əziyyət çəkir. Lakin bu heç də hamısı deyil.