Bakıda Mərakeş etnik musiqisi səslənəcək (FOTO)


Digərləri 10 Apr 2018 23:36:22 240 0

Bakıda Mərakeş etnik musiqisi səslənəcək (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin "Etnik musiqi inciləri" layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin "Etnik musiqi inciləri" layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək. Trend-in məlumatına görə, aprelin 19-da keçiriləcək konsertdə mərakeşli ifaçı Maalem Xoussam Quinia öz qrupu ilə Qnava üslubunda ifalar təqdim edəcək. Qnava üslubu Mərakeşin ən əlvan və rəngarəng mədəni irsinin əsas istiqamətlərindəndir. Bu Afrika, əsasən də Mərakeş folklorudur. Bu ənənəvi musiqi mətnlərin, mahnıların, rəqslərin, Afrika qəbilələrinin kompozisiyasıdır. Bu musiqi ənənəsini beynəlxalq səviyyəyə Led Zeppelin qrupundan olan məşhur ifaçılar Cimmi Peyc və Robert Plant, bəstəkar Adam Rudolf, caz pianoçusu və bəstəkar Rendi Veston, bas gitaraçı Bill Lasvel çıxarıb. Bu il İnnov Qnava qrupu Qremmi mükafatının "Ən yaxşı rəqs" nominasiyasına layiq görülüb. Mərakeşin Essauriya şəhərində hər il 4 gün ərzində Qnava adlı beynəlxalq musiqi festivalı (Gnaoua World Music Festival) keçirilir.