Zukerberq məlumatların sızması ilə bağlı


Digərləri 10 Apr 2018 23:21:00 232 0

Zukerberq məlumatların sızması ilə bağlı

"Facebook" təsisçisi Mark Zukerberq sosial şəbəkədən məlumatların sızması qalmaqalı ilə əlaqədar ABŞ senatı qarşısında ifadə verir.

Son.az oxu.az-a istinadən bildirir ki, Zukerberq konqresdə  onlarla milyon sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının üçüncü şəxslərə hansı yolla sızdırıldığına dair senatorların suallarını cavablandırır.

Zukerberq eyni zamanda "Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi"  istintaqı üzrə ifadə verəcək.

Dinləmənin əvvəlində senator Feynştayn Zukerberqə "rusiyalı trollar" və "Cambridge Analytica"şirkətinin adını xatırladaraq, zalda əyləşənlərə bu iki böyük qalmaqalı qısa xülasə edib.


Xəbərə aid fotolar