Həzrət Muhəmmədin adı Tövrat və İncildə gəlmişdirmi?


Digərləri 10 Apr 2018 23:10:00 305 0

Həzrət Muhəmmədin adı Tövrat və İncildə gəlmişdirmi?

Tövrat və İncildə Həzrət Muhəmməd (ə) peyğəmbərin adı çəkilmiş və onun nişanələri bəyan edilmişdir. Məhz bu nişanələrə əsasən yəhudi və xristianlar onu tanımış və hüccət olduğunu anlamışdılar. Bu nişaləri Həzrət Musa (ə) və Həzrət İsa (ə) müjdə vermişlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq çox təəssüflə deməliyik ki, müasir Tövrat və İncil kitablarında Həzrətə (s) işarə edən ayələr ya silinmiş, ya da aydın olmayan şəkildə təhrif edilmişdir. Lakin hələ də elə ayələr vardır ki, məhz İslam peyğəmbərinə (s) aid edilir.

Misal üçün: Həzrət Musa (ə) Bəni-İsrayilə buyurur: "Allah mənə buyurmuşdur: "Bəni-İsrayil üçün qardaşlar arasından sənin kimi bir peyğəmbər məbus edəcək və kəlamımı ağzına qoyacağam. Ona o şeyi ki, əmr edəcəyəm - Bəni-İsrayilə demək istədiklərimdir. Hər kim onun Mənim adımla dediyi sözləri eşitməz, Mən ondan tələb edəcəyəm".

Aydın olan budur ki, burada söhbət İslam peyğəmbərindən (s) gedir, İsa (ə) peyğəmbərdən deyil. Çünki Tövrat, Həzrət İsmayili Bəni-İsrayilin qardaşı adlandırmışdır. O peyğəmbər ki, İsmayilin (ə) nəslindən məbus olmuşdur, Həzrət Xatəmdir (s). Həzrət Musanın (ə) qalan canişinləri isə Həzrət İshaqın və Bəni-İsrayilin nəslindən olmuşlar.

İncildə isə oxuyuruq: "Mən atamdan istəyəcəyəm və o, sizə başqa bir parqəlita verəcəkdir ki, əbədi olaraq sizinlə olacaqdır".

"O zaman ki, sizə tərəf göndərdiyim parqəlita gələcəkdir, atam tərəfindən düzgün ruh gələcəkdir və mənim haqqımda şəhadət verəcəkdir".

Bu ayələrdə adı çəkilən parqəlita Pariğlotes sözündən götürülmüşdür və ərəb dilində mənası Əhməd və Muhəmməd deməkdir.