Britaniyada iki avtobus toqquşub, 13 nəfər xəsarət alıb


Dünya 10 Apr 2018 23:02:39 331 0

Britaniyada iki avtobus toqquşub, 13 nəfər xəsarət alıb

Onlardan birinin vəziyyəti ağırdır

İngiltərənin Bedfordşir qraflığının Lutone şəhərində iki avtobusun toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.

"Report" "Sky News"a istinadən xəbər verir ki, qəza şəhərin mərkəzində baş verib.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Avtobusda sıxılmış vəziyyətdə qalan iki nəfər hadisə yerinə gələn fövqəladə hallar əməkdaşları tərəfindən çıxarılıb.