Dubayda avtomobillər böyük bir kömpüterə çevrilir


Digərləri 10 Apr 2018 23:03:00 291 0

Dubayda avtomobillər böyük bir kömpüterə çevrilir

Bu texnologiya may ayında sınaqdan keçirilməyə başlayacaq və noyabr ayına qədər yoxlanacaq

Dubayda avtomobillərdə metal dövlət nömrə nişanları rəqəmsal qeydiyyat nişanları ilə əvəz ediləcək.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Tag to Connect adlanan rəqəmsal nömrələr - ağıllı ekrandır. "Onlar metal nömrələri əvəz edəcək" - deyə Yol və Nəqliyyat İdarəinin nümayəndəsi Sultan Abdulla əl Mərzuqi bildirib.

"Belə nömrələr sürcüləri hər il xidmət mərkəzlərinə gəlib nömrələrin yenilənməsi ehtiyacından azad edəcək. Avtomobillərin qeydiyyatı isə texniki baxışdan sonra avtomatik yenilənəcək"- deyə o qeyd edib.

Onun sözlərinə görə, avtomobil sahibləri qeydiyyat nömrələrini mobil yükləmələr və ya idarənin saytı vasitəsilə yeniləyə biləcəklər.