Rublun çökməsi ilə bağlı rəsmi açıqlama


Dünya 10 Apr 2018 23:04:00 303 0

Rublun çökməsi ilə bağlı rəsmi açıqlama

Putin ölkənin maliyyə bazarında baş verən neqativ tendensiyanı diqqətlə izləyir

Kreml ölkənin iqtisadi vəziyyətini diqqətlə izləyir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu sözləri Rusiya prezidentinini mətbuat katibi Dmitr Peskov Rusiyanın maliyyə bazarlarının çökməsinin səbəbinə aydınlıq gətirərkən deyib.

O, qeyd edib ki, ölkənin iqtisadi gündəmi ölkə prezidentinin iş qrafikində sabit yerini qoruyur. Peskovun sözlərinə görə, ölkə başçısı iqtisadi məsələlərlə bağlı hökumətlə daimi on-line rejimdə əlaqə saxlayır və belə ağır günlərdə adi iş rejimini davam etdirir. O, prezidentin bu vəziyyəti sabitləşdirmək üçün dayanmadan çalışdığını qeyd edib.

Kremlin mətbuat katibi birjalardakı neqativ tendensiyanı Amerikanın tətbiq etdiyi sanksiyaların emosional nəticələri kimi qiymətləndirib.

"Siz nə baş verdiyini bilirsiz. Nəticədə müəyyən düzəlişlər ediləcək. Hansı düzəlişlər, bunu hələlik kimsə deyə bilməz" - deyə Peskov əlavə edib.

O qeyd edib ki, hakimiyyət Rusiya şirkətlərinin aksiyalarının düşməsi ilə bağlı vəziyyəti diqqətdə saxlayır.

Qeyd edək ki, Rusiyanın milli valyutası ABŞ-ın antirusiya sanksiyaları fonunda ciddi şəkildə çökməkdədir.