ABŞ-ın Aydaho-Fols şəhərinə göydən onlarla ölü qaz düşüb - FOTO


Dünya 10 Apr 2018 22:42:05 309 0

ABŞ-ın Aydaho-Fols şəhərinə göydən onlarla ölü qaz düşüb - FOTO

Quşları ildırım vurduğu ehtimal olunur

ABŞ-ın Aydaho-Fols şəhərində yerləşən maşın dayanacaqlarından birinə göydən onlarla ölü qaz düşüb.

“Report” xəbər verir ki, yerdən 48 ağ və 3 Rossa növündən olan qaz toplanıb.

Aydaho ştatının Ovçuluq və Balıqçılıq Ehtiyatları Departamenti ehtimal edir ki, qazları qasırğa zamanı ildırım vurub. Onların Kanadaya uçduğu güman edilir.