Dünya və axirət bir kişiyə bənzəyir ki, 2 xanımı vardır


Digərləri 10 Apr 2018 22:40:00 233 0

Dünya və axirət bir kişiyə bənzəyir ki, 2 xanımı vardır

İnsan dünyanı əgər əbədi iqamət yeri qərar verərsə, o zaman axirət onun üçün maraqlı olmaz. Birində rahat yaşamaq üçün o birisində mütləq əziyyət çəkməlidir. Yəni, hər iki dünya bir-birinə zidd qərar verilmişdir. Hər kim hansıdan nə qədər fayda aparsa, o birisindən bir o qədər ziyan edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən dünyanı istəməkdə axirətə ziyan yetirmək, axirəti istəməkdə dünyaya ziyan yetirmək gizlənmişdir. Ona görə də dünyaya ziyan vurun ki, ziyan vurmağa daha layiqlidir".

İmam Əli (ə) bu haqda buyurur: "Dünyanın acılığı - axirətin şirinliyidir. Dünyanın şirinliyi axirətin acılığıdır".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Axirətdə ən zəngin insan - dünyada ən yoxsul olanlarıdır. Hər kimin axirətdən daha çox bəhrəsi olar, dünyada daha az bəhrəyə malik olmuş olar".