Alimlər düzgün yatma qaydasından danışdı


Digərləri 10 Apr 2018 22:41:00 254 0

Alimlər düzgün yatma qaydasından danışdı

Gecə yuxusunun müddətinin düzgün şəkildə təyin edilməsi və sirkad ritmlərə (qeyd: gecə ilə gündüzün bir-birini əvəz etməsi ilə əlaqədar müxtəlif bioloji prosesslərin intensivliyində dövri dəyişkənliklər)  ciddi şəkildə riayət etmə insanı daha gümrah və sağlam edir.

Son.az oxu.az-a istinadən bildirir ki, ABŞ-ın Albert Eynşteyn adına Tibb kollecinin tədqiqatçıları belə bir nəticəyə gəlib.

Yatarkən düzgün pozanın seçilməsi də, az əhəmiyyətli faktorlardan deyil. Baş və boyun nahiyəsinin düzgün mövqedə olması üçün xüsusi yastıqların olması tələb olunur.

Çarpayıda beli üstə yatmağa üstünlük verən insanlara amerikalı ekspertlər yastığı ayaqların altına yerləşdirməyi tövsiyə edir.