Cadugərlər, ekstrasenlər 1 milyon dollarlıq mükafatla ifşa edilir


Digərləri 10 Apr 2018 22:12:00 227 0

Cadugərlər, ekstrasenlər 1 milyon dollarlıq mükafatla ifşa edilir

Dünyada hər şeyi bilmək və heç olmasa gələcək barədə hər hansı xırda bir məlumata malik olmaq -  bu hər kəsin arzusudur desək, yanılmarıq. Çünki bu xeyirxah və ya xəbis, dələduz və ya düzgün olan hər kəsə lazımdır. Təbii ki hər kəsə öz məqsədinə görə. Ümumiyyətlə dünyada ekstrasenslər xüsusi maraqla izlənilir. Esktrasenslər insanların tək ümidi deyil. Burada qoroskopları da unutmaq olmaz.

Hətta bu çox zaman yalnışlıqlar və konkret olmayan məlumatlarla müşayiət olunsa belə. Bu günədək dünyada sayı hesabı olmayacaq qədər ekstrasenslər, öncəgörənlər, cadugər və bu kimi bir çox insanlar mövcud olub. Bunların kimlərəsə xeyri olsa belə bir çoxlarına zərərləri də daha çox dəyib.

Son.az modern.az-a istinadən bildirir ki, çünki bu sahədə dələduzluq ittihamı ilə cəzalandırılan və ya bir çox etdiyi oyunların üstü açılan ekstrasenlər kifayət qədər çoxdur. Bəs insanlar ekstrasens və ya öncəgörənlərə niyə inanır? Çünki Vanqa, Davinçi, Nostradamus və bu kimi bu sahəni fəth etmiş və gələcək üçün inanılmaz kəhanətlər qoymuş bu insanları necə unutmaq olar axı!.

Bu insanlar tarixdən gəlsələr də yenilərinin də adlarını çəkməsək olmaz. Bu kimi insanlara Edqar Keysi, Denial Duqlas Xyüm, Helen Dunkan, Con Edvard, Silviya Braun kimi bir çoxunun adlarını çəkmək olar. Bunlardan bəzisi yataraq kəhanətlər söyləyir, bəziləri o biri dünya ilə əlaqəyə girərək oradan mesajlar verir, bəziləri isə ruhları danışdırır, bir qismi isə telefonla sizə mesajlar verir.

Ekstrasenlərin əksəriyyəti digər dünya ilə rabitə, ruhlarla danışmaq, gələcəyi oxumaq kimi bir çox xidmətlər təklif edirlər. Onların sırf bu mövzulara müraciət etmələrinin əsas səbəbi insanların problemlərinin çox olmasıdır.  

Onların dedikləri insanlaraın qulaqlarında xoş səslənir.  Əks halda kim ona "sən filan vaxt öləcəksən" və ya "başına bu kimi pis işlər gələcək" deyən adama pul verər?

İnsanlar inanır çünki inanmaq istəyir. Bu cümlə bir çox psixoloqların verdikləri ən çox səslənən cavabdır. Psixoloqlar bununla nə demək istəyirlər?

Bu tipli insanlara inananların böyük çoxluğunu dindarlar təşkil edir. Yəni inanc faktoru böyük rol oynayır.

Bəzi ekstrasenslər Tanrıya inanmasalar da əks enerjiyə, mənfi vibrasiyalar və kimi nəsnələrə inanırlar. Bu məsələdə inanc işin yarısıdır. İnsanlar inandıqları üçün onların yayına köməyə gedirlər. Gəlin bu məsələyə bir neçə nümunədə baxaq.

Tanınmış futuroloq, dizayner, mühəndis, onlarla icadın pantentçisi, filosof Jak Fresko...

Bu alim ömrünün çox hissəsini praktiki olaraq keçirib.  Freskonun ekstrasenslər və onların fəndləri haqda onlarca mühazirə və əsərləri var. O, bu insanları ehtimalçı, illuziyaçı və kələkbaz adlandırır. Onun sözlərinə görə bu insanlar bədən dilini yaxşı bilir və ona görə ehtimal edərək danışır. Məsələn, bir mövzu atır, siz əgər irəli əyilirsinizsə o zaman düzgün yolda olduğunu bilir və davam edir. Yox əgər əks reaksiya göstərirsinizsə o zaman mövzunu dəyişir. Freskonun dediyi kimi bu insanlar söz oyunbazlarıdırlar.

Yəni çox diqqətli olsanız, onların necə oyun çıxardıqlarını sezə bilərsiniz.

Bu mövzuda öz qeyri-adi üsulları ilə fərqlənən Ceyms Rendini də qeyd etmək lazımdır. Rendi əvvəllər məşhur illuziyaçı olsa da 1996-cı ildən "Rendi adına maarifləndirici fond" yaradaraq ekstrasenslərə meydan oxuyur. Bu ekstrasenlərə öz xüsusi bacarıqlarını sübut edəcəkləri halda onlara bir milyon ABŞ dolları mükafat vəd edir. Və çox təəssüf ki, bu mükafatı heç kim indiyə kimi ala bilməyib.

Rendi qeyd etdiyimiz kimi əvvəllər illuziya ilə maşğul olub və bu sahənin kifayət qədər güclü bilicilərindəndir. O 1970-ci illərdən bəri ekstrasenslərin ifşası ilə məşğuldur. Bir çox verilişlər ekstrasensləri dəvət etməmişdən əvvəl onunla konsultasiyalar keçirirlər. Və bu məsləhətlərin sayəsində bu kimi yüzlərlə kələkbazı ifşa ediblər. Onun bu mövzuya yanaşmasını verməsək oxuculara qarşı haqsızlıq edərik.

Rendi də bu insanların ümumi, lakin xoş sözlərlə insanları tovladıqları və onların ciblərində oturduqlarını iddia edir. O dəfələrlə verilişlərdə şəxsən ekstrasensləri ifşa edib. Rendinin bu mövzuya daha yaxşı açıqlama gətirəcək qoroskoplar haqda sınağını nəzərinizə çatdırırıq. Qoroskoplara çox az bir qisim insan inanmır.

Siz heç qoroskoplarda niyə hər zaman eyni tipli mesajlar verildiyini bilirsinizmi? Yəni, nəyə görə, bütün bürclərlə bağlı oxşar proqnozlar verilir?

Burada cavab sadədir. Çünki bu bürcləri bürcün adı olmadan oxusanız o zaman anlayacaqsınız ki, bu sözlər eyni ilə sizə də aiddir. Bunun üçün dediyim kimi Rendinin sınağını təqdim edirik.