Mart çıxdı, dərd çıxdı... Yazda niyə halsız oluruq? –


Digərləri 10 Apr 2018 22:05:00 425 0

Mart çıxdı, dərd çıxdı... Yazda niyə halsız oluruq? –

Qədimdən el arasında deyirlər ki, mart gəldi, dərd gəldi, mart çıxdı, dərd çıxdı. Qışın bitməsi, yazın gəlməsi ilə təbiət, ətraf oyandığı halda, havalar yaxşılaşdıqca insanlarda əksinə halsızlıq başlayır, xroniki xəstəliklər kəskinləşir, insanın gücü olmur, avitaminoz yüksəlir. Əslində, bunlar boşuna deyil. Qışdan çıxan orqanizm tükənir, "cığallıq edir". Bu dövrdə mədə-bağırsaq,  baş-beyin, qan-damar pozulmaları artır. İnsanlar daha çox təcili yardım çağırışları edir.  

Son.az medicina.az-a istinadən bildirir ki,  həkim terapevt Aqşin Salmamovdan mövzu ilə bağlı danışıb:   " İnsanın orqanizmi 4-5 ay payız-qış ayları müddətində yaydan ehtiyat halında topladığı vitamin və mineral ehtiyatını tükədib bitirir. Orqanizmdə hipo və avitamozlar yaranmağa başlayır. Qış yuxusundan oyanmaya bənzədilən bu keçid dövründə maddələr mübadiləsi intensivləşir, endokrin sistemdə və qanyaranmada aktivləşmə baş verir, bu da xroniki xəstəliyi olan insanlara təsirsiz ötüşmür.

Əsasən ürək-damar sistemində, həzm sistemində, allergik xəstələrdə kəskinləşmə olur. Bu aylarda miokard infarktı, insultlar artır. İqlim dəyişikliyi də bir tərəfdən meteohəssas insanlara mənfi təsir edir.

Bu günlərdə qidalanma və yuxu rejiminə ciddi əməl olunmalıdır. Təmiz havada, günəş altında çox gəzmək lazımdır. Bitki mənşəli qidalar, meyvə-tərəvəz bol istifadə olunmalıdır".