ABŞ bir aviadaşıyıcı və 7 döyüş gəmisini Aralıq dənizinə göndərir


Dünya 10 Apr 2018 22:06:00 288 0

ABŞ bir aviadaşıyıcı və 7 döyüş gəmisini Aralıq dənizinə göndərir

Amerika təyyarədaşıyan qruplaşması Suriyaya doğru istiqamət aldı, Tramp səfərini təxirə saldı

ABŞ hərbi dəniz qüvvələrinin "Harry Truman" təyyarədaşıyanının başçılıq etdiyi zərbə qruplaşması Suriya istiqamətində hərəkətə başlayıb. Son.az virtualaz.org-a istinadən bildirir ki, bu Suriya rejiminin Dəməşq ətrafında kimyəvi silah tətbiq etməsindən sonra Yaxın Şərqdə dərinləşən böhranlı vəziyyətlə bağlıdır.

Təyyarədaşıyan zərbə qruplaşması Virciniyadakı Norfolk bazasından yola çıxıb və yaxın günlərdə Yaxın Şərq regionuna-Aralıq dənizinə çatmalıdır. Gəmi qruplaşmasının tərkibinə "Normandiya" raket kreyseri, "Arli Bek", "Balkeley", "Forest Şerman", "Farraqut" esminetsləri, digər hərbi gəmilər daxildir. Yolüstü qruplaşmaya Almaniya hərbi donanmasının "Hessen" freqatı da qoşulacaq.

Bundan əvvəl ABŞ donanmasının "USS Porter" və "USS Donald Cook" esminetslərinin Suriya sahillərinə göndərildiyi xəbər verilmişdi.