Britaniyanın Kiprdəki qoşunları Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib


Dünya 10 Apr 2018 21:51:41 326 0

Britaniyanın Kiprdəki qoşunları Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib

ABŞ, Böyük Britaniya və Fransa 24 saat ərzində Suriya ərazisinə zərbə endirə bilər

Britaniyanın Kiprdəki qoşunları Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya və Fransa 24 saat ərzində Suriya ərazisinə zərbə endirə bilər.

Lakin bu məlumatlar hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Artıq Aralıq dənizi hövzəsində "USS Donald Cook" və "Porter 7" eskadra mina gəmiləri də daxil olmaqla bir neçə Amerika hərbi gəmisi var.

Aprelin 10-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ ev 24-48 saat ərzində Suriyaya qarşı hərbi gücün tətbiqinə dair qərar qəbul edəcək.