Ağır metallardan necə təmizlənməli –


Digərləri 10 Apr 2018 21:50:00 314 0

Ağır metallardan necə təmizlənməli –

İnsan orqanizmi zamanla ağır metallarla çirklənir. Ağır metallar içdiyimiz suda, çirkli havada, siqaretdə, tütündə, avtomobil tüstüsündə, qazanlarda, örtücülüyü pozulmuş tavalarda, qablarda, göbələklərin bir sıra növlərində olur. Əvvəllər ağır metallarla zəhərlənmə 30 yaşdan sonrakı insanlarda daha çox olsa da, indi uşaq orqanizmi də ərtaf mühitdən qaynaqlanan ağır zərərli metallarla yüklənir. Əslində Mendeleyev cədvəlində də olan  bu metallar insan üçün zərərli deyil. Hər metalın öz əhəmiyyəti var. Amma orqanizmə dü.ən ağır metal və onların duzları normanı həddən artıq aşarsa, bu artıq insanı xəstəliklərlə üz -üzə qoyur.

Son.az medicina.az-a istinadən bildirir ki, onkoloq Rəna Niftəliyevanın dediyinə görə, hər bir insan müəyyən müddət ərzində orqanizmindəki ağır metalların normadan artıq olub-olmamasını təyin edən analiz verərək, əgər çoxdursa, orqanizmin detoksikasiyası və ağır metallardan təmizlənmə prosesindən keçməlidir:   " Orqanizmdə ağır metallar olduqda insan halsız, zəif, rəngi boğuq, immuniteti zəif, qan və limfa sistemində yüklənmə olur. Belə insanlar sanki daxilən zəhərləndiklərini hiss edirlər, amma bu qəribə hssin nə olduğunu bilmirlər. Bİr çox həkimlər isə xəstənin konkret şikayətinə, xəstəliyinə müalicə yazdığından, orqanizmin çirklənmə dərəcəsini ölçmür.