Başgicəllənmənin səbəbləri – İnsanı qorxudan


Digərləri 10 Apr 2018 21:55:00 418 0

Başgicəllənmənin səbəbləri – İnsanı qorxudan

Başgicəllənmə nevroloji, somatik, psixoloji səbəblərdən olub son zamanlar geniş yayılıb. Fizioloji başgicəllənmə - hündürlükdən baxanda, gəmidə, yelləncəkdə, yerində fırlanarkən, qəfil həyəcanlananda ola bilər.

Patoloji başgicəllənmə isə vestibulyar sistemin istənilən nahiyəsində dəyişiklikdən yaranır: məsələn, daxili qulaq aparatının zədələnməsi, sinir pozulmaları, Menyer xəstəliyi, beyin qan dövranının pozulması, beyin şişləri, dağınıq skleroz, kəllə-beyin travmaları, panik ataklar və müxtəlif dərman təsirlərindən olur. Başgicəllənmə patoloji ocaqdan asılı olaraq sistemli - bütün əşyalar başa dolanır və ya sistemsiz - sanki  yer ayağın altından qaçır, səndələyirsən. Beyinciyin disfunksiyasında sistemli başgicəllənmə ilə yanaşı ataksiya, əzələ tonusunun düşməsi, ürəkbulanma olur. Xəstə gözünü yumanda, qaranlıq yerdə əlamətlər güclənir. Tədricən xəstədə nistaqm, nitq pozulması, xəttin dəyişməsi inkşaf edir.

Etiologiyasından asılı olmayaraq bütün başgicəllənmə hallarında: -Ürəkbulanma, qusma, hipersalvasiya -Rəngin avazıması, yuxululuq, əsnəmə -Marağən azalması, diqqətsizlik, həyəcan -Göz önündə qaraltı -Yerişin pozulması, boğulma kimi hallar ola bilər

Son.az medicina.az-a istinadən bildirir ki, nevroloq Aygün Məmmədova başgicəllənmənin əsas səbəbinin, tipinin diaqnostikası və bioloji təbabət medotikası və preparatları ilə müalicəsi təcrübəsindən danışdı: