Ölkənin qızıl-gümüş bazarında cüzi bahalaşma var


Digərləri 10 Apr 2018 22:00:00 251 0

Ölkənin qızıl-gümüş bazarında cüzi bahalaşma var

Aprelin 10-u Azərbaycanda əsas qiymətli metalların qiyməti bahalaşıb

Bakı. Ənvər Məmmədov - Aprelin 10-u Azərbaycanda əsas qiymətli metalların qiyməti bahalaşıb. Trend-in məlumatına görə, qızılın qiyməti ötən günlə müqayisədə 2,5585 manat artaraq 1 troy unsiyası üçün 2267,7065 manat təşkil edib. Gümüş 0,0764 manat bahalaşaraq 1 unsiya üçün 27,9914 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 24,8965 manat artaraq 1590,6985 manat, palladiumun qiyməti 48,2205 manat artaraq 1588,7435 manat təşkil edib. Ad 10.04.18 09.04.18 Qızıl XAU 2267,7065