İmam sevgisinin təzahürü necə olmalıdır?


Digərləri 10 Apr 2018 21:45:00 273 0

İmam sevgisinin təzahürü necə olmalıdır?

Son günlər sosial şəbəkələrdə gündəm mövzusu Həzrət Əlinin (ə) mövludu münasibətilə keçirilən bir tədbirdən video-görüntü olmuşdur. Məsələyə bir neçə aspektdən baxmağı faydalı görürəm:

- Toplumda baş verənləri, o cümlədən də, dini camiədə baş verənləri müzakirə etmək - ümumilikdə müsbət bir haldır. Təbiidir ki, bu müzakirələrdə səmimi mövqe bildirənlərlə yanaşı, islamofob fürsətçilər də, Əhli-Beyt (ə) məktəbi ilə problemi olanlar da öz kəm halətlərində həmişəki kimi hazır durmaqdadırlar.

- Məlum video-görüntünün bir hissəsinə baxdım. Estetik baxımndan zövqümə uyğun gəlmədi. Son.az deyerler.org-a istinadən bildirir ki, bununla belə, gəlin mövzuya səmimi baxaq. Bu insanlar nə edirlər? Sadəcə olaraq, sevdikləri İmamlarının (ə) mövludunu qeyd edirlər. Ola bilsin ki, bunu formaca düz etmirlər, amma kim onların niyyətlərini tam ölçə bilər ki? Kim iddia edə bilər ki, riya edirlər? Bəli, estetik baxımdan və sərgilənən performans baxımdan, məni də, bir çoxları kimi, təbii ki, qətiyyən qane etmir. Amma baxış bucağı onları mütləqa cahil çıxartmaq olmasa, anlamaq və duymaq niyyəti ilə baxılsa - şübhəsiz, burada fərqli mənzərə meydana gələr. Sovet dövründən çıxmış və müstəqillik illərində keyfiyyətli İslam maarifçilyindən məhrum qalan insanlar, sevdikləri İmamlarının (ə) ad gününü necə keçirməli idilər ki?

Ən əziz insanlarının ad gününü necə keçirirlərsə, öz sevinc günlərini necə keçirdirlərsə - bunu da o cür keçirdirlər. Amma sevincləri səmimidirsə, illər keçdikcə, bunu formaca daha təkmil şəkildə və İslamın sevinc estetikasının tam mahiyyətinə uyğun yaşamağı mütləq öyrənərlər, inşəallah.

- Mövludlarla bağlı bu da qeyd olunmalıdır ki, toplumda anti-mövlud kampaniyasını əslində təkfirçi vəhhabiyyət aparır. Və adət üzrə belə materialları ümumiyyətlə anti-piar üçün istifadə edirlər. Eyni ilə Aşura və Novruzla bağlı etdikləri kimi.

- Zaman dəyişir və bu, bir reallıqıdr. Bəli, şəxsən mən özüm klassik əzadarlıq mərasimlərini bəyənirəm və imkanım daxilimdə yaşadıram. Mövlud şənliklərində də, mötədil və təbii səciyyəsi olan sevinc formatını yaşatmağı məqsədəuyğun görürəm. Bununla belə, bəzən tədbir və mərasimlərin forması və təqdimatı dəyişməkdədir.