“Telegram”ın vəkili FTX rəhbərinə dəmir açar göndərdi FOTO


Digərləri 10 Apr 2018 21:37:00 424 0

“Telegram”ın vəkili FTX rəhbərinə dəmir açar göndərdi  FOTO

Rusiya məhkəməsində "Telegram"ın hüquqlarını qoruyan vəkil Pavel Çikov,  sosial şəbəkənin təsisçisi Pavel Durovun  guya, Federal təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikova dəmir açar ötürdüyünü əks etdirən şəkil paylaşıb.

Son.az oxu.az-a istinadən bildirir ki,Moskvanın "Teleqram" rəhbərliyindən tələb etdiyi kodlaşma açarlarını simvolizə edən həqiqi dəmir açarların ərizənin üzərindəki fotosu vəkilin rəsmi kanalında dərc olunub.

Ərizəni Bortnikov təsisçi Pavel Durovun adından yazıb. Orada təsisçi guya,  federal qanun və terrora qarşı qanunverici aktların tələblərini yerinə yetirdiyini bildirir.

"Ən xoş arzularla Sizə "Telegram" messencerinin açarlarını (iki ədəd) göndərirəm" deyə Durovun saxta məktubunda deyilir.

Habelə məktubun sosial şəbəkələrdə yayılmasından sonra jurnalistlər Çikova məsələ ilə bağlı müraciət edib və vəkil bildirib ki, şəkil naməlum müəllifə məxsusdur və həqiqəti əks etdirmir.


Xəbərə aid foto