Ukraynada firmaya məxsus vertolyot qəzaya uğrayıb


Dünya 10 Apr 2018 21:22:49 275 0

Ukraynada firmaya məxsus vertolyot qəzaya uğrayıb

"Mi-2"nin göyərtəsində 2 nəfər olub

Ukraynanın Poltavskaya vilayətində, Şişatsk rayonunun Çernışevka kəndi yaxınlığında "Mi-2" tipli vertolyot qəzaya uğrayıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, şəxsi firmaya məxsus helikopterin göyərtəsində 2 nəfər olub.

Polisin məlumatına görə, vertolyotun yerə düşməsi nəticəsində onlara heç nə olmayıb.