Ağsuda yeni maddimədəniyyət nümunələri aşkarlanıb VİDEO


Digərləri 10 Apr 2018 21:13:00 227 0

Ağsuda yeni maddimədəniyyət nümunələri aşkarlanıb  VİDEO

Bir neçə ildir ki, arxeoloji qazıntı işləri aparılan ərazidə yenidən insan sümükləri və digər əşyalar üzə çıxıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, arxeoloqlar Ağsu rayonunun Gəgəli kəndində Nərgizava nekropolunda 60 sm. dərinlikdən başlayan torpaq qəbirlərdə daha yaxşı vəziyyətdə olan skeletlər və saxsı məmulatları, eləcə də metal əşya və bəzək nümunələri aşkar ediblər. 3 saylı qəbirin skeletinin vəziyyəti zəif bükülü, istiqaməti üzü cənuba olub, bel yerində ilan və insan təsvirli kəmər başlığı aşkar olunub.

Arxeoloqların fikrincə, qazıntının genişləndirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq.


Xəbərə aid video